AZ

Alış-veriş etmək istəyən azərbaycanlılar üçün ŞAD XƏBƏR - Türkiyədə QİYMƏTLƏR DƏYİŞİR

Əkrəm İmamoğlu da daxil olmaqla Türkiyədə bir sıra vəzifəli şəxslərin saxlanılması birjalara təsirsiz ötüşməyib.


Türk lirəsinin məzənnəsində ciddi azalma müşahidə olunur.

 

Belə ki, bu gün 11.39-a olan məlumata görə, 1 dollar 40,20 lirəyə, 1 avro isə 43,25 lirəyə bərabər olub.

 

Qardaş ölkədə Dolların bu qədər bahalaşmasının səbəbi nədir? Bunun Azərbaycana hansı təsirləri ola bilər?

 

İqtisadçı-ekspert Xalid Kərimli “Referans”- a açıqlamasında bu sualları cavablandırıb.

 



“Türkiyədə siyasi qeyri-stabilliklə bağlı olaraq dollar kəskin dəyər itirir. İstanbul Böyük Şəhər Bələdiyyəsində aparılan əməliyyat, korrupsiya ittihamı ilə bir çox şəxslərin saxlanılması və s. Bu gün kəskin bahalaşmanın səbəbi budur. Azərbaycan Türkiyədən idxal edir. Məsələn, hazırda vətəndaşlarımızın ən çox istifadə etdiyi Türkiyənin onlayn platformalarından olan Trendyolda qiymətlə nisbətən ucuzlaşıb. Bu lirənin ucuzlaşması ilə bağlıdır. Bu nüans inflyasiyaya da biraz müsbət təsir göstərə bilər. Lakin bu, müvəqqətidir çünki burada idxal inflyasiyasından söhbət gedir”.

 

Ekspert qeyd edib ki, Azərbaycan vətəndaşları üçün hazırda sərfəli olan Türkiyə qiymətləri qısa müddət çəkə bilər.


“Lirə dəyərdən düşdükdən sonra əks proses gedir. Daha sonra ticarətçilər başlıyırlar qiymətləri artırmağa. Amma ona qədər lirənin ucuzlaşmasından istifadə etmək olar. Bu, idxal inflyasiyasının aşağı düşməsinə və alıcıların da bundan faydalanmasına səbəb ola bilər. Ümumi şəkildə davamlı proses getsə, bu, Azərbaycanın Türkiyədən idxalın artmasına gətirib çıxara bilər. Bu da ölkədə türk məhsulları ilə rəqabət aparan şirkətlər üçün yaxşı xəbər deyil”.

 

Fidan Vəlisoy 

Seçilən
64
referans.az

1Mənbələr