AZ

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri rusiyalı həmkarı ilə telefon danışığı aparıb

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts ilə rusiyalı həmkarı Yuri Uşakovla telefon danışığı olub.

APA-nın məlumatına görə, bu barədə Mayk Uolts açıqlama verib.

O bildirib ki, ölkəsi Rusiya və Ukrayna ilə məkik diplomatiyasının bütün sahələri üzrə birgə fəaliyyəti davam etdirir.

“Biz razılaşdıq ki, texniki qruplarımız yaxın günlərdə Ər-Riyadda görüşəcək, prezident Trampın Rusiyadan əldə etdiyi qismən atəşkəsin tətbiqi və genişləndirilməsinə diqqət yetirəcək”, - o qeyd edib.

Seçilən
44
3
apa.az

4Mənbələr