"Liverpul"un futbolçusu Luis Dias karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, kolumbiyalı vingerin xidmətində "Barselona" maraqlıdır.
Xəbərə görə, mersisaydlıların baş məşqçisi Arne Slot müqaviləsinin müddəti 2027-ci ilin yayında bitəcək 28 yaşlı oyunçunun cari mövsümün sonunda satılmasının əleyhinə deyil. İngiltərə klubunun bu keçid üçün kataloniyalılardan 70 milyon avro istəyəcəyi bildirilib.
Daha öncə sözügedən oyunçunu digər İspaniya nəhəngi "Atletiko Madrid"in də hədəfə aldığı barədə məlumatlar yayılmışdı.
Qeyd edək ki, Dias cari mövsüm "Liverpul"un heyətində 42 matça çıxaraq 13 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.