Rusiya və Ukrayna əsirlərin mübadiləsi prosesinə başlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə “MIG of Russia” teleqam kanalı məlumat yayıb.
Mübadilə ilə bağı digər təfərrüatlar açıqlanmır.
Rusiya Prezidenti Vladimir Putin martın 18-də ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı daha bir əsir mübadiləsinə razılaşıb.
Kreml, həmçinin bildirib ki, Moskva xoşməramlılıq əlaməti olaraq 23 ağır yaralı ukraynalı əsgəri Kiyevə təhvil verəcək.