Avropada Rusiya qazının tədarükünün bərpası ilə bağlı müzakirələr barədə xəbərlər doğru deyil, Avropa Komissiyası Rusiya qazından imtina üçün yol xəritəsi təqdim etmək niyyətindədir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniyadan olan adı açıqlanmayan rəsmiyə istinadən Reuters agentliyi məlumat yayıb.
“Avropa Komissiyası tezliklə Rusiyanın qalıq yanacaqlarının mərhələli şəkildə dayandırılması üçün yol xəritəsi təqdim edəcək… Bu, bütün enerji növlərinə aiddir: qaz və neft. Ona görə də bu xəbərlərin (Rusiya qazının Almaniyaya tədarükünün bərpası ilə bağlı – redaktorun qeydi) haradan gəldiyini bilmirəm”, – deyə rəsmi bildirib.