AZ

"Məni öldürmək istəyirlər" - İlon Mask

"Məni öldürmək istəyirlər, çünki onların saxtakarlıqlarını ifşa edirəm".

Modern.az xəbər verir ki, bunu ABŞ-ın Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbəri, məşhur iş adamı İlon Mask deyib.

O, "pis insanlar"ın onu öldürmək istədiyini iddia edib. 

Mask "Tesla" şirkətinə zərər verməyə çalışıldığını və hökumətdəki korrupsiyaya qarşı mübarizə apardığını bildirib.

"Tesla"ya zərər verməyə çalışırlar, çünki hökumətdəki dəhşətli israfçılığı və korrupsiyanı dayandırırıq. Məncə, bunlar pis insanlardır. Pis insanlar pis işlər görür", - deyə Mask bildirib.

Seçilən
17
1
modern.az

2Mənbələr