Ötən gün İspaniyanın cənubunu vuran "Lorens" qasırğası güclü yağış və daşqınlara səbəb olub.
Əndəlüs bölgəsinin Sevilya şəhərində sel sularının apardığı avtomobildə olan iki nəfərin cəsədinin tapıldığı bildirilib.
Bazar ertəsindən Kordobada bir nəfərin itkin düşdüyü və axtarış işlərinin davam etdiyi öyrənilib.
Qeyd edək ki, Malaqada güclü yağışlardan sonra Quadalhorce və Campanillas çaylarının daşması nəticəsində küçələri su basıb.
Günel Məlikzadə
