Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada bir həftə ərzində 28 Lassa qızdırması hadisəsinin görüldüyü bildirilib.
News24.az xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) mövzu ilə bağlı açıqlama verib.
Bildirilib ki, son bir həftədə ölkənin 7 əyalətində 28 nəfərdə Lassa qızdırması aşkarlanıb, epidemiya səbəbindən 3 nəfər ölüb.
Yanvar ayından etibarən Lassa qızdırmasına yoluxanların sayının 563-ə yüksəldiyi, həmin tarixdən ölənlərin sayının isə 103-ə çatdığı da vurğulanıb.
Nigeriya hökuməti xəstəliyin müalicəsi üçün 3 dərmanın müəyyən edildiyini açıqlayıb.
Qeyd edək ki, quru dövrün yaşandığı noyabr və may aylarında hər il artan Lassa qızdırması epidemiyasında 2023-cü ildə 674 hadisə aşkarlanıb, 102 nəfər ölüb.
Günel Məlikzadə