Yenidən silahlanma və qarşıdurmaya aparan digər hərəkətlər Ukrayna böhranının həllinə maneə olmamalıdır.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Bloomberg TV-nin efirində bildirib və dialoqa diqqət yetirməyə çağırıb.
Avropa ilə təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətlə bağlı sualı cavablandıran Vitkoff vurğulayıb ki, qarşıdurmanı kəskinləşdirən istənilən addım sülh prosesinin məqsədlərinə ziddir.
“Yenidən silahlanma və qarşıdurmaya gətirib çıxaran və sülh prosesini pozan hər şey ən yaxşı strategiya deyil”, – diplomat qeyd edib.