AZ

Ağ işçilərə daha çox maaş verən "Google" məhkəməlik oldu: 48 milyon...

“Google” irqi ayrı-seçkiliyə görə 28 milyon dollar təzminat ödəyəcək.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, şirkət ağ və asiyalı işçilərinə digər etnik mənsubiyyətlərdən olan işçilərdən daha yaxşı maaş ödəməkdə və karyera imkanları yaratmaqda ittiham edilir.

BBC-nin məlumatına görə, iddianı məhkəmə qarşısında “Google”ın keçmiş işçisi Ana Kantu qaldırıb. Meksika əsilli Kantu “Google”da 7 il çox çalışdığını deyib. Kantu bildirib ki, ağ və asiyalı həmyaşıdlarının vəzifəsi yüksəldilsə də, o, həmişə eyni mövqedə qalıb.

“Google” 15 fevral 2018-ci il və 31 dekabr 2024-cü il tarixləri arasında davam edən iş çərçivəsində 6632 işçi adından qaldırılan iddia nəticəsində 28 milyon dollar (təx. 47.7 milyon manat) ödəməyi qəbul edib.

Bununla belə şirkət işçilərinə qarşı ayrı-seçkilik etdiyinə dair iddiaları rədd edib.

Billurə Yunus

Seçilən
53
olke.az

1Mənbələr