AZ

Pavel Durov: Teleqramın aylıq aktiv istifadəçi sayı 1 milyardı keçib

Telegram-ın gəliri 2024-cü ildə rekord həddə – 547 milyon dollara çatıb.

Telegram aylıq aktiv istifadəçi sayını 1 milyarda çatdıraraq dünyanın (Çin üçün xüsusi WeChat istisna olmaqla) ikinci ən populyar mesajlaşma platformasına çevrilib.

Operativ Media xəbər verir ki, bu barədə Pavel Durov məlumat verib.

O bildirib ki, orta hesabla hər bir istifadəçi gündə 21 dəfə Telegram-ı açır və platformada gündəlik 41 dəqiqə vaxt keçirir.

Bundan əlavə, Telegram-ın gəliri 2024-cü ildə rekord həddə – 547 milyon dollara çatıb.

Qeyd edək ki, platforma reklamlar və premium abunəliklər vasitəsilə maliyyə müstəqilliyini qoruyur.

Telegram-ın əsas rəqibi olan WhatsApp isə platformanın təsisçiləri tərəfindən "ucuz imitasiya" adlandırılıb.

Onların iddiasına görə, WhatsApp Telegram-ın yeniliklərini kopyalamağa çalışsa da, uğur qazana bilməyib.

Seçilən
13
operativmedia.az

1Mənbələr