Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsi Novruz və Ramazan bayramı günlərində 7/24 rejimində tibbi xidmət göstərəcək. Təcili yardım heyətinin çağırış nömrəsi 905-dir. Şöbənin yüksəkixtisaslı həkim heyəti ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş ambulans maşınları ilə xəstələrə zamanında təcili tibbi yardım göstərir, ehtiyac olduqda onların regionlardan daşınmasını təmin edir, reanimasiya tədbirlərini keyfiyyətlə həyata keçirir.
Təcili tibbi yardım şöbəsinin peşəkar tibbi personalı ağırlıq dərəcəsindən asılı olmayaraq xəstələrin ölkəmizin istənilən yerindən tibb müəssisələrinə çatdırılmasını təmin edir. Novruz bayramı və Ramazan bayramı günlərində Təcili tibbi yardım şöbəsinin rəisi, təcili yardım həkimi Füzuli Abışov, təcili tibbi yardım həkimləri – Dr. Nərgiz Kərimova, Dr. Leyla Fətullayeva, Dr. Samirə Əliyeva, Dr. Bəylər İmanov, Dr. Cavad Cabbarov, Dr. Tofiq Bayramov və Dr. Ceyhun Əliyev tibbi xidmət göstərəcəklər.
Təcili tibbi yardımı digər tibbi xidmət növlərindən fərqləndirən əsas xüsusiyyəti onun hərəkət sürətidir. Bu şöbə qəfil baş verən xəstəliklər, bədbəxt hadisələr, zəhərlənmələr nəticəsində sağlamlıq və həyat üçün təhlükə yaradan şəraitdə böyüklərə və uşaqlara həm hadisə yerində, həm də xəstəxanaya aparılarkən operativ yardım göstərməklə gecə-gündüz fəaliyyət göstərir.