Rusiyada dolların rəsmi məzənnəsi martın 19-da 82,85 rubla yüksəlib.
Neüs24.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın (MB) mətbuat xidmətindən məlumat verilib .
Amerika valyutasının məzənnəsi 81,5 rubldan 82,85 rubla yüksəldilib. Avro isə 87,56 rubldan 90,82 rubla yüksəlib. Tənzimləyici yuanın məzənnəsini 11,22 rubldan 11,43 rubla qaldırıb.
Ötən gün Mərkəzi Bank Amerika və Avropa valyutalarının məzənnəsini az qala üç rubl aşağı salıb . Dolların qiyməti 84,3 rubldan 81,5 rubla dəyişib. Avro isə 90,8-dən 87,6 rubla düşüb. Yuanın məzənnəsi 11,6 rubldan 11,2 rubla düşüb.
Aqil