AZ

İstanbul bələdiyyə sədrinin həbsindən sonra türk lirəsinin dollara qarşı məzənnəsi rekord həddə düşüb

Finss.az xəbər verir ki, Türkiyə lirəsi çərşənbə günü ABŞ dollarına nisbətdə 10%-dən çox ucuzlaşaraq, İstanbul Bələdiyyə Başçısı, müxalifətçi siyasətçi Əkrəm İmamoğlunun saxlanılması xəbəri ilə dollar/lirə cütü, Bakı vaxtı ilə saat 10:55-də əvvəlki sessiyanın bağlanışı ilə müqayisədə 36,687 lirədən aşağı 40,5542 lirəyə satılıb.

Borsa İstanbul 100 birja indeksi sessiyanın əvvəlində 6,9% dəyər itirərək səhm ticarətinin dayanmasına səbəb olub. Onların bərpasından sonra indeks 4,6% azalaraq 10 illik Türkiyə dövlət istiqrazlarının gəlirliliyi 175 bənd artaraq 29,94%-ə çatıb ki, bu da bu ilin ən yüksək göstəricisidir.

Türkiyə mətbuatı xəbər verir ki, 2019-cu ildən İstanbul bələdiyyə sədri vəzifəsində çalışan İmamoğlu korrupsiyaya qarşı aparılan istintaq çərçivəsində saxlanılıb.

Bloomberg yazır ki, İmamoğlu 2027-ci ildə Türkiyədə keçiriləcək prezident seçkilərində müxalifətin əsas namizədi sayılırdı. Bu həftənin əvvəlində İstanbul Universiteti İmamoğlunun ali təhsilini ləğv edib, baxmayaraq ki, Türkiyə prezidentliyinə yalnız ali təhsilli şəxs namizəd ola bilər.

Seçilən
40
fins.az

1Mənbələr