Dünyanın birinci qadın raketkası və “Böyük dəbilqə” turnirlərinin üçqat qalibi Arina Sobolenko 2024-cü ilin yekunlarına görə Qadınların Tennis Assosiyasiyasının(WTA) iki nüfuzlu mükafatını qazanıb.
Belaruslu tennisçi həm “İlin oyunçusu” adını qazanıb, həm də tennisin inkişafına töhfəyə, azarkeşlər və media ilə fəal təmasa, reklam kampaniyalarında və xeyriyyə təşəbbüslərində iştiraka görə verilən “Jerry Diamond ACES” mükafatını alıb.
Arina ötən il keçirdiyi 7 finalın dördündə qalib gəlib. “Australian Open”də titulunu uğurla qoruyub və “US Open”i ilk dəfə qazanıb. Oktyabrda WTA reytinqində liderliyi özünə qaytaran belaruslu mövsümün sonuna qədər ilk pilləni qoruyub.