Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası (U-19) bu gün yoldaşlıq görüşü keçirib.
Offsideplus.az xəbər verir ki, Elxan Abdullayevin rəhbərlik etdiyi kollektiv Moldova ilə qüvvəsini sınayıb.
Qəbələ şəhər stadionunda baş tutan matç 0:0 hesabı ilə nəticələnib.
Tərəflər arasında ikinci yoxlama oyunu martın 22-də olacaq.
Yoldaşlıq görüşləri yığmamızın Qəbələdə keçirdiyi təlim-məşq toplanışı çərçivəsində gerçəkləşir.