Bakı. Trend:
2002-ci il təvəllüdlü Qazaxıstan Respublikasının vətəndaşıTrofimova Anastasiya Vitalyevnanın cinayət məsuliyyətinə cəlbedilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğununvəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindəntəmin edilib.
Qazaxıstanda qabaqcadan əlbir olan bir qrup şəxs halındaxüsusilə külli miqdarda gəlir əldə etməklə qumar oyunlarınıntəşkili və keçirilməsi əməlinin törədilməsində təqsirləndirilərəkbeynəlxalq axtarışa elan edilmiş A.V.Trofimova cari ilin yanvarayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbsqətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqimünasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasəntəqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbuledilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətininxüsusi konvoyun müşayiəti ilə Qazaxıstan Respublikasınınsəlahiyyətli orqanına təhvil verilib.