Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq bağlanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Krım körpüsü: əməliyyat məlumatı” Telegram kanalı məlumat yayıb.
“Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti olaraq bağlanıb. Körpüdə və yoxlama zonasında olanlardan sakit olmağı və nəqliyyatın təhlükəsizliyini təmin edən əməkdaşların göstərişlərinə əməl etmələrini xahiş edirik”, – deyə məlumatda bildirilir.
Bağlanmanın səbəbləri barədə məlumat verilmir.