Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarının cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Azərbaycan Kubokunda yarımfinalın cavab görüşləri aprelin 23-də keçiriləcək.
Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
23 aprel
“Qarabağ” – “Araz-Naxçıvan”
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 17:00.
“Sabah” – “Neftçi”
“Masazır Arena”, 20:00.