2024-cü ilin sentyabrında İran parlamenti hicablı qadınların kontekstində əxlaq polisinin fəaliyyətini ləğv edən yeni qanun layihəsini qəbul edib.
Ölkə.Az xarici mediaya istinadən xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf bildirib.
Onun sözlərinə görə, yeni qanun əxlaq polisinin fəaliyyətini tamamilə ləğv edilib:
"Yeni qanun iffət və hicab mədəniyyətini təbliğ etməklə ailəni dəstəkləmək məqsədi daşıyır. Bu qərar ailə dəyərlərinin və adət-ənənələrə hörmətin gücləndirilməsi üzrə daha geniş təşəbbüsün bir hissəsidir".