Serbiya parlamenti Baş nazir Miloş Vuçeviçin istefasını təsdiqləyib.
“Report” bu barədə “RİA Novosti”yə istinadən xəbər verib.
Baş nazir istefa ərizəsini noyabrın 1-də Novi-Sad şəhərindəki dəmir yolu vağzalında beton talvarın uçması nəticəsində 15 nəfərin həlak olması ilə bağlı kütləvi etirazlar fonunda yanvarın 28-də təqdim etmişdi.
Parlament spikeri Ana Brnabiç bu gün keçirilən iclasda Vuçeviçə baş nazir vəzifəsini vicdanla yerinə yetirdiyinə və "məsuliyyətli və cəsarətli davranışına" görə təşəkkür edib.
Baş nazirin istefası o deməkdir ki, bütün hökumət texniki iş rejiminə keçir və yeni Nazirlər Kabinetinin formalaşdırılması üçün 30 günlük müddət başlayır.
"Cebheinfo.az"