Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə NiderlandKrallığının xarici işlər naziri Kasper Veldkamp arasında telefondanışığı aparılıb.
Bu barədə Trend-əAzərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Niderlandmünasibətlərinin müxtəlif aspektləri, habelə postmünaqişə dövründəbölgədə mövcud vəziyyət və reallıqlar müzakirə olunub.
İki ölkə arasında qarşılıqlı səfərlərin, müxtəlif beynəlxalqtədbirlər çərçivəsində təmasların, ikitərəfli münasibətlərin carivəziyyətinin və perspektivlərinin müzakirəsi məqsədilə Xarici İşlərNazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizmininvacibliyi qeyd olunub.
C.Bayramov qarşı tərəfi bölgədə mövcud vəziyyət və reallıqlar,habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflıməlumatlandırıb. Azərbaycan və Ermənistan arasında sülh sazişininmətni üzrə danışıqların yekunlaşmasına baxmayaraq, Ermənistanınkonstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının mövcudluğunun,habelə Minsk Qrupunun və ATƏT-in digər aidiyyəti strukturları iləbağlı Ermənistan tərəfinin sərgilədiyi mövqenin maneə təşkiletdiyi, Sazişin imzalanması üçün bu maneələrin aradanqaldırılmasının vacib olduğu vurğulanıb.
Nazir bununla yanaşı, Azərbaycana qarşı genişmiqyaslı cinayətlərtörədilməsində ittiham olunan separatçı liderlərin və erməni əsillişəxslərin məhkəmə prosesi barədə məlumat verərək, antiterrortədbirlərindən sonra Azərbaycanın humanistlik nümayiş etdirərək 10mindən artıq qanunsuz erməni silahlı birləşmələrininnümayəndələrinin ölkəni tərk etməsinə icazə verildiyini bildirib.Həbs edilən şəxslərin isə insanlıq əleyhinə cinayətlərdə ittihamolunduğu qeyd olunub və guya bu həbslərin əsassız olduğu barədəAzərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasının heç birəsasının olmadığı vurğulanıb. Bu xüsusda, BMT-nin İnsan HüquqlarıŞurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun sözügedən məsələ iləbağlı Ermənistan tərəfinin iddialarının rədd olunduğu 13 mart2025-ci il tarixində dərc olunmuş rəyi barədə məlumat təqdimedilib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digərməsələlər ətrafında fikir mübadiləsi aparılıb.