AZ

Arda narazıdır

Madrid “Real”ının hücumameyilli yarımmüdafiəçisi Arda Güler ​​klubdakı hazırkı rolundan narazıdır.

Futbolpress.az xəbər verir ki, futbolçu oyunlarda daha çox dəqiqələr istəsə də məşqçi heyəti bu şansı ona vermir.

Digər tərəfdən Madrid klubunun texniki heyətinin futbolçuya daha çox vaxt verməmək üçün səbəbləri olduğu da bildirilir. Bunlardan biri də Gülerin məşqdə inandırıcı olmayan işidir.

20 yaşlı türkiyəli futbolçu bu mövsüm bütün yarışlarda 30 matçda meydana çıxıb, 3 qol vurub, 5 qol ötürməsi edib.

Ardanın “Real” ilə müqaviləsi 2029-cu ilin yayına qədər davam edir.

“Transfermarkt” mütəxəssisləri futbolçunun dəyərini 45 milyon avro qiymətləndirir.

Seçilən
56
futbolpress.az

1Mənbələr