2026/27 mövsümü Çempionlar Liqasının finalını qəbul edəcək stadion müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barədə bu gün bir necə xarici media qurumu məlumat yayıb. Qərar UEFA İcraiyyə Komitəsinin bugünka iclasında qəbul edilib.
Qeyd edək ki, finalı qəbul etməyə 2 stadion namizəd idi. Bunlardan biri Bakı Olimpiya Stadionu, digəri isə
Madriddəki "Metropolitano" stadionu idi.
Qərara əsasən, final Madriddə keçiriləcək.
Qeyd edək ki, 2018/19 mövsümünün finalı da “Metropolitano” stadionunda təşkil olunur. Beləliklə, 70 min 460 nəfər tamaşaçı tutumuna malik bu arena tarixində ÇL-in finalına ev sahibliyi edəcək.