Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının II seçmə mərhələsinin ilk oyununda Albaniyaya məğlub olub.
Fanat.Az-ın məlumatına görə, B Liqasının VI qrupunda yer alan yığma rəqibinə 1:4 hesabı ilə uduzub.
Matç Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunub.
Qeyd edək ki, qrupun bütün oyunları Albaniyada keçiriləcək.