AZ

Yığmamızdan böyükhesablı məğlubiyyət

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, yığmamız AVRO-2025-in II seçmə mərhələsində mübarizəyə başlayıb.

B Liqasının 6-cı qrupunda yer alan millimiz Albaniya ilə üz-üzə gəlib. Qarşılaşma Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunub. Oyun meydan sahiblərinin üstünlüyü ilə keçib. Evangelos Qyoka het-trik edərək komandamızın məğıubiyyətdə əsas rol oynayıb. Millimizin heyətində yeganə qolun müəllifi Tunar Rzayev olub.

Qeyd edək ki, qrupun bütün oyunları Albaniyada keçiriləcək. Bu qrupda millimiz və meydan sahiblərinin digər rəqibi Uels yığmasıdır.

AVRO-2025-in II seçmə mərhələsi

B Liqası, 6-cı qrup

I tur, 19 mart

18:00. Azərbaycan – Albaniya - 1:4

Qollar: Tunar Rzayev, 47 - Evangelos Qyoka, 7; 53; 64. Qabriel Kulla, 76

Baş hakim: Ceremi Müller (Lüksemburq)

Elbasan Arena

"Neftçi"nin qapıçısı 2 oyunluq cəzalanıb

Sambunun cəzası dəyişmədi - AFFA "Neftçi"nin şikayətini təmin etmədi

MOİK-in yeni baş məşqçisi bəlli oldu - Eksklüziv

Qattuzo bildiyimiz kimi: Xorvatiyada canlı yayımı basdı - VİDEO

"Sumqayıt"ın yetirməsi Region Liqasında

Seçilən
50
apasport.az

1Mənbələr