17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) Avropa çempionatının 2-ci seçmə mərhələsində ilk oyununu keçirib.
Arena.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan millimiz Albaniya yığması ilə üz-üzə gəlib.
Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində yeganə qolu 47-ci dəqiqədə Tunar Rzayev vurub.
Xatırladaq ki, U-17 millimiz qrupdakı növbəti oyununu martın 22-də Uels yığmasına qarşı keçirəcək.
AÇ-2025-in 2-ci seçmə mərhələsi
B Liqası, 6-cı qrup
19 mart
Azərbaycan – Albaniya 1:4
Qollar: Tunar Rzayev, 47 – Evangelos Qyoka, 7; 53; 64. Qabriel Kulla, 76.
Baş hakim: Ceremi Müller (Lüksemburq).
“Elbasan Arena”.
Azərbaycan: 22. Elbrus Kərimov, 4. Tuncay Əhmədov, 18. Həzrət Səmədov, 2. Nadir Nəsibli, 5. Amin Rzayev, 3. Murad Qurbanov, 6. Ariz Kərimov, 17. Vüsal Kərimov, 19. İbrahim Babayev, 9. Tunar Rzayev, 20. Tunar Vəliyev.
Ehtiyat oyunçular: 12. Məhdi Həsənov, 7. İslam Həsənov, 8. Abdulaziz Cabbarlı, 10. Əli Qazibəyov, 11. Muhamməd Çodarov, 13. Səttar Tahirzadə, 14. Əli İbrahim, 15. Fərid Cabbarlı, 16. Tunar Muradov.
Baş məşqçi: İlham Yadullayev.
Albaniya: 1. Raffaele Huli, 2. Darli Kurti, 3. Eros Ndreçka, 5. Fabian Hallidri, 6. Fabiano Nuhay, 4. Andreas Llana, 7. Evangelos Coka, 15. Aleks Ramku, 9. Qabriel Kulla, 10. Alen Vukay, 11. Arman Durmişi.
Ehtiyat oyunçular: 12. Erno Mustafa, 8. Dijar Ferati, 13. Spasian Nasto, 14. Henri Sinani, 16. Ernesto Marqeşi, 17. Dayan Durmisi, 18. Emilyano Mihana, 19. Leon Darius Mitray.
Baş məşqçi: Andrea Tedesko.