İngiltərə Premyer Liqasında çıxış edən "Manchester United"in ulduzu mövsüm sonunda komandadan ayrılacaq.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Danimarkalı Futbolçu Christian Eriksen mövsümün axrında komandadan ayrılacağını televiziya verilişində açıqlayıb.
"Gələcəyim haqqında çox düşünmürdüm. Mən yeni bir macəraya başlamağa zehni olaraq hazıram. Nə edəcəyimlə bağlı dəqiq qərarım yoxdur. Klubdan heç bir məlumat, xəbər almamışam. Hamı bilir ki, müqaviləm bitəcək, düşünürəm ki, mövsümün sonunda komandadan ayrılacam.
Fərid ASLAN
MİA.AZ