2026/27 ÇL finalına ev sahibliyi edəcək stadion bəlli olub.
2026/27 mövsümü Çempionlar Liqasının finalını qəbul edəcək stadion müəyyənləşib.
Operativ Media xəbər verir ki, bu barədə bu gün bir necə xarici media qurumu məlumat yayıb. Qərar UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul edilib.
Qeyd edək ki, finalı qəbul etməyə 2 stadion namizəd idi - Bakı Olimpiya Stadionu və Madriddəki "Metropolitano" stadionu.
Qərara əsasən, final Madriddə keçiriləcək.
Xatırladaq ki, 2018/19 mövsümünün finalı da “Metropolitano” stadionunda təşkil olunub. Beləliklə, 70 min 460 nəfər tamaşaçı tutumuna malik bu arena tarixində 2-ci dəfə ÇL-in finalına ev sahibliyi edəcək.