AZ

ABŞ və Ukrayna prezidentləri telefonla danışıblar

Vaşinqton, 19 mart, AZƏRTAC

Ukrayna Prezidenti Zelenski ilə çox yaxşı telefon danışığımız oldu.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O, danışığın təxminən bir saat davam etdiyini bildirib.

“Müzakirə əsasən həm Rusiyanın, həm də Ukraynanın istək və tələblərini uyğunlaşdırmaq üçün idi. Danışıqlar dünən Prezident Putinlə edilən zəng əsasında aparıldı. Biz doğru yoldayıq. Mən dövlət katibi Marko Rubiodan və milli təhlükəsizlik müşaviri Maykl Valsdan müzakirə olunan məqamların dəqiq izahını vermələrini xahiş edəcəyəm. Həmin bəyanat tezliklə yayımlanacaq”, - deyə Tramp bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
29
2
azertag.az

3Mənbələr