AZ

"Battle 4 Last Charshanba" Novruz Urban Fest şəhər mədəniyyəti və Novruz ənənələrini bir araya gətirdi! (FOTO)

Bakı. Trend:

YARAT Müasir İncəsənət Məkanı şəhər mədəniyyəti və Novruzənənələrini bir araya gətirən “Battle 4 LastCharshanba” adlı festival proqramını uğurla həyatakeçirdi.

Novruz Urban Fest həyəcanını yaşadan bu festivalda maraqlıyarışlar, interaktiv ustad dərsləri və şəhər sənətini əks etdirənperformanslar sayəsində dinamik bir mühit yaradıldı.

Festival proqramı saat 13:00-da Səid Rzayevin(Tovarich295) təqdim etdiyi “Street Xonça” ustaddərsi ilə başladı. Bu dərs iştirakçılara Novruz adətlərini müasirşəhər mədəniyyəti ilə birləşdirmək imkanı yaratdı.

Eyni zamanda, Bakı Bulvarı ərazisində keçirilən“Scratch Session” yarışlarında skeytbordçular özbacarıqlarını nümayiş etdirdilər. Bununla yanaşı, şəhərincəsənətini vurğulayan “Graffiti Jam” layihəsiçərçivəsində məşhur qrafitistlər öz işlərini təqdim etdilər.

Festivalın maraqlı hissələrindən biri Anar Şəmsinin keçirdiyi“Mortal Eggs” adlı ustad dərsi və yumurta döyüşüoldu. Yumurta döyüşləri “Tema var” adlı art guşədəbaş tutdu və iştirakçılar arasında böyük maraqla qarşılandı.

Festival proqramı çərçivəsində saat 15:00-daXX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyindəbaşlayan “Breakdance”“AllStyle” rəqs yarışması saat 21:00-da üçqalibin seçilməsi ilə başa çatdı. Rəqs yarışmalarının xüsusi qonağıisə əfsanəvi gürcü DJ Gocha Khukhuni oldu və o,enerjili seti ilə tədbirə xüsusi rəng qatdı.

Tədbir iştirakçıların maraqlı rəqəmsal tonqal – “İnfernorejimi” ətrafında yallı gedib rəqs etmələri iləyekunlaşdı. Bu mərasim Novruzun rəmzi ruhunu və birliyini əksetdirdi.

Məqalədə:
Seçilən
23
az.trend.az

1Mənbələr