Avropa İttifaqı (Aİ) Ukraynadakı vəziyyəti həll etmək üçün danışıqlarda iştirak etməlidir .
Bu barədə "Bloomberg" məlumat yayıb.
“ABŞ rəsmiləri avropalı həmkarlarına bildiriblər ki, Rusiya sazişin bir hissəsi kimi sanksiyaların yüngülləşdirilməsini istədiyini nəzərə alsaq, Avropa İttifaqı Ukrayna ilə istənilən sülh sazişinin bir hissəsi olmalı olacaq”.
Agentliyin məlumatına görə, ABŞ administrasiyası hərbi əməliyyatlara son qoymağı və digər məsələlərin müzakirəsinə keçməyi vacib prioritet hesab edir.