Şəmkirdə yanğın qeydə alınıb.
Hadisə rayonun Abbaslı kəndində baş verib. Kənd sakinə məxsus 250kvadratmetrə yaxın olan fərdi yaşayış evində yanğın olub. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər gedir.
Tural Əhmədov
Mənbə: unikal.az