AZ

Azərbaycan Voleybol Federasiyası tərəfindən məşqçilər üçün kurs təşkil olunub

Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən FIVB-nin “Volleyball Empowerment" proqramı çərçivəsində məşqçilər üçün kurs təşkil edilib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan dərslər məşqçilərin statistika tərtibi istiqamətində bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.

Üç mərhələdən ibarət kurs AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme və statistika üzrə təlimatçı Faruk Kaymak tərəfindən keçirilir.

18 nəfərin qatıldığı təlimlərin yekununda hər üç mərhələdə iştirak edən və imtahandan uğurla keçəcək mütəxəssislərə sertifikatlar təqdim olunacaq.

Seçilən
30
2
cbcsport.az

3Mənbələr