AZ

Hemilton "Ferrari"nin mühəndisi ilə gərginliyi aydınlıq gətirib.

Formula-1 üzrə "Ferrari" pilotu Lyuis Hemilton komandanın mühəndisi Rikkardo Adamla arasındakı gərginliyə aydınlıq gətirib.

İdman.biz xəbər verir ki, britaniyalı sürücü yarış zamanı çoxsaylı informasiya almaq istəmədiyini deyib.

"Rikkardo həqiqətən yüksək səviyyəli iş görüк. Amma mən yarış zamanı çoxsaylı məlumat almağı sevmirəm. Əgər mənə nəsə lazımdırsa, özüm müraciət edirəm. Adam hər şey edir ki, biz irəliyə gedək", - deyə Hemilton müsahibəsində deyib.

Mövsümün ilk Avstraliya Qran-prisində mühəndisin radio vasitəsilə göstərişləri Hemiltonu özündən çıxarıb. Lyuis bu zaman onu rahat buraxılmasını istəyib.

Qeyd edək ki, britaniyalının "Ferrari"də debütü heç də uğurlu alınmayıb. O, "Yaşıl qitə"də 10-cu yeri tutub.

İdman.biz

Seçilən
15
idman.biz

1Mənbələr