AZ

Bayram günlərində bəzi bankların xidmətində fasilələr olacaq

Bəzi bankların xidmətlərində müvəqqəti fasilələr olacaq.

Novruz bayramı günlərində bəzi bankların xidmətlərində müvəqqəti fasilələr olacaq.

Operativ Media xəbər verir ki, bu barədə bank xidmətləri məlumat yayıb.

Məlumata əsasən, Bank Respublika 22 mart saat 23:00-dan 23 mart saat 06:00-dək, həmçinin 23 mart saat 23:00-dan 24 mart saat 06:00-dək aparılacaq profilaktik işlər səbəbindən xidmətlərində məhdudiyyətlər tətbiq edəcək.

Həmçinin, RabitəBank 22-24 mart tarixlərində mobil tətbiq, internet bankinq və digər sistemlərində fasilələrin olacağını elan edib.

Müştərilərə bank əməliyyatlarını öncədən planlaşdırmaları tövsiyə olunur.

Seçilən
73
operativmedia.az

1Mənbələr