AZ

Rusiya Müdafiə Nazirliyinin Aviaşirkəti iflas astanasındadır

Şirkət yalnız bir təyyarə ilə qaldı və işçi qüvvəsi beş dəfə azaldı.

QHT.az xəbər verir ki, ciddi maliyyə problemləri ilə üzləşən "Kosmos" aviaşirkəti operator sertifikatının dayandırılması üçün Rosaviasiyaya müraciət edib. Hazırda şirkətin yalnız bir təyyarəsi qalıb, personal isə beş dəfə azalıb. Əsas səhmdarın maliyyələşdirməni dayandırması və Federal Vergi Xidmətinin aviaşirkətin müflis elan edilməsi üçün məhkəməyə müraciət etməsi vəziyyəti daha da çətinləşdirib. Rosaviasiya bildirib ki, operator sertifikatı fevralın 20-də şirkətin təşəbbüsü ilə dayandırılıb. "Kosmos"un bərpa üçün 270 günü var, lakin xarici idarəetmədən qaçmaq üçün maliyyə problemlərini həll etməlidir.

Moskva Arbitraj Məhkəməsində bu məsələyə dair növbəti iclas martın 19-na təyin olunub. Xarici idarəetmə tətbiq olunsa, şirkət aktivlərinin satılması və rəhbərliyin uzaqlaşdırılması gündəmə gələ bilər. Borclar ödənilmədiyi təqdirdə isə aviaşirkətin ləğvi qaçılmaz ola bilər.

 

R.İmanov

Seçilən
27
qht.az

1Mənbələr