“AzInTelecom” MMC süni intellekt laboratoriyasının qurulması məqsədilə avadanlıq və lisenziyalar satın alır.
Referans.az Teleqraf -a istinadla xəbər verir ki, bununla bağlı şirkət 7 milyon 177 min 300 manat dəyərində satınalma elan edib.
Şəbəkə xidməti ilə bağlı təkliflərin təqdim edilməsi üçün son tarix aprelin 14-dür.