Dövlət Turizm Agentliyi yeni milyonluq tender elan edib.
Valyuta.Az xəbər verir ki, elan edilən tender sosial media platformalarında reklam yerlərin alınması xidmətlərinin satın alınması ilə bağlıdır.
"Facebook", "Instagram", "YouTube", "Tiktok" və "Google" üzərindən yayımlanacaq reklamların təşkili ilə bağlı bu tender 29 aprel 2025-ci ilə qədər davam edəcək.
Tenderin ehtimal olunan qiyməti 1.363.318,90 AZN-dir.
Rəhim