AZ

Çində tələbat azalır, "Bentley"nin mənfəəti kəskin düşür

Bu gün, martın 19-da Britaniyanın lüks avtomobil istehsalçısı "Bentley Motors" 2024-cü il üçün əməliyyat mənfəətinin 373 milyon avro təşkil etdiyini bildirib. 

Valyuta.az xəbər verir ki, bu da bir il əvvəlkindən 37% azdır. Şirkətin ümumi gəliri 2,65 milyard avro təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 10% azdır və son beş ilin ən aşağı göstəricisidir.

"Reuters"in açıqlama aldığı ekspertlər Almaniyanın "Volkswagen" şirkətinə daxil olan "Bentley"nin performansının aşağı düşməsini COVID-19 pandemiyasının təsirindən əziyyət çəkən iqtisadiyyatın hələ də bərpa olunmadığı Çində avtomobillərə tələbatın azalması ilə əlaqələndirirlər. Eyni zamanda, "Bentley Motors"un baş direktoru Frank-Steffen Valliser bildirib:  "2025-ci ilə baxarkən, mövcud qlobal çağırışlara və qeyri-sabit siyasi və makroiqtisadi mühitə baxmayaraq, irəliləməyə davam edəcəyik".

 Mətbuat konfransı zamanı maliyyə direktoru Yan-Henrik Lafrenz qeyd edib ki, ABŞ prezidenti Donald Tramp vəd etdiyi ABŞ avtomobillərinin idxalına 25 faizlik əlavə rüsum tətbiq etsə, bu, pərakəndə satış qiymətlərində öz əksini tapacaq: "Biz müxtəlif ssenariləri qiymətləndiririk, lakin sonda bütün bunlar istehlakçılara təsir edəcək".

Paşa Məmmədli

Seçilən
8
valyuta.az

1Mənbələr