AZ

Soyuq hava mikrobları öldürürmü? İllərdir aldanmışıq

Soyuq hava mikrobları öldürürmü?

Soyuq havanın mikrobları öldürdüyünə dair yayılmış fikir elmi əsaslara söykənmir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, aşağı temperatur bakteriya və virusları tamamilə məhv etmir, sadəcə onların çoxalma sürətini azalda bilər. Bəzi mikroorqanizmlər isə soyuğa davamlıdır və hətta bu şəraitdə daha uzun müddət yaşaya bilir.

Xüsusilə qış aylarında insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi infeksiyaların yayılma riskini artırır. Mütəxəssislər xəstəliklərdən qorunmaq üçün gigiyenaya ciddi əməl etməyi, immuniteti gücləndirməyi və mütəmadi olaraq qapalı məkanları havalandırmağı tövsiyə edirlər. Soyuq havanın xəstəliklərin qarşısını aldığı düşüncəsi yanlışdır və sağlamlıq üçün əsas önəmli amil gigiyena və güclü immun sistemidir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
86
e-saglam.az

1Mənbələr