Bu gün kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 16-cı turun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün matçları eyni gündə baş tutub.
Turnir cədvəlinin ilk “üçlüy”ündə qərarlaşmış komandalar ikinci yarıda yer alan rəqiblərlə üz-üzə gəliblər. Lider “Murov” MOİK-i, “Xilasedici” isə “Gənclər”i sınağa çəkib. Favoritlər çətinlik çəkmədən qalib gəliblər – 3:0.
Tura “Azərreyl” – “Neftçi” qarşılaşması ilə yekun vurulub. “Dəmiryolçular” 3:1 hesabı ilə üstün olublar.
Yüksək Liqa
16-cı tur
19 mart
“Xilasedici” – “Gənclər” 3:0 (25:17, 25:22, 25:18)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.
MOİK – “Murov” 0:3 (20:25, 17:25, 24:26)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.
“Azərreyl” – “Neftçi” 3:1 (25:19, 25:19, 23:25, 26:24)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.
Xallar: Murov – 38. Xilasedici – 36. Azərreyl – 35. Neftçi – 24. MOİK – 8. Gənclər – 1.