AZ

Vilayət Eyvazov Nazirliyin əməkdaşlarını və hərbi qulluqçularını təbrik edib

Vilayət Eyvazov Nazirliyin əməkdaşlarını və hərbi qulluqçularını Novruz bayramı münasibətilə təbrik edib.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Nazirliyin əməkdaşlarını və hərbi qulluqçularını Novruz bayramı münasibətilə təbrik edib.

Operativ Media xəbər verir ki, təbrikdə deyilir:  

"Hörmətli həmkarlar!

Novruz bayramı münasibətilə Sizi, hörmətli veteranlarımızı, şəhid olmuş əməkdaşlarımızın və hərbi qulluqçularımızın əzizlərini ürəkdən təbrik edirəm.

Özündə xalqımızın çoxəsrlik mənəvi dəyərlərini və zəngin mədəniyyətini dolğun təcəssüm etdirən bu Novruz bayramı doğma yurdumuzun hər bir yerində sevinc və xoş ovqatla qarşılanır, eyni zamanda günəşin bərq vurması ilə qəlblərdən qaranlıqları aradan qaldıran axır çərşənbənin torpağımıza tam bərpa edilmiş suverenliyi və bütövlüyünü əks etdirməsi də dərin rəmzi məna daşıyır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində əldə edilmiş tarixi Qələbənin ən yüksək dəyərləndirilməsi əməkdaşlarımız və hərbi qulluqçularımız üçün bu gün hər zamankından daha vacibdir. Həyatın mənalarını, hüquq və azadlıqlarını təmin etmək öhdəliyi, onların daim vətənə xidmətin mühüm amalına çevrilməsi, ali peşəkarlıq və fədakarlıq nümunəsi sərgiləməsi vətəndaşlarımızın dövlətə və qanunlara inamını daha da artırır.

Öz növbəsində parlaq Qələbənin böyük qürurunu yaşayan, xalqa və dövlətə sədaqətli xidmətini möhtərəm Prezident tərəfindən yüksək qiymətləndirilən əməkdaşlarımız və hərbi qulluqçularımız bu gün də peşə borcunun icrasında nizam-intizam, qətiyyət və əzmkarlıq nümayiş etdirir, qanunçuluğun və təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verirlər.

Qanunla müəyyən edilmiş mühüm vəzifələri bundan sonra da əzmle yerinə yetirəcəyinizə qəti inamımı ifadə edərək hamınıza möhkəm can sağlığı, ailə səadəti, xoşbəxtlik, xidmətdə və şəxsi həyatda uğurlar arzulayıram.

Bayramınız mübarək!"

Seçilən
67
operativmedia.az

1Mənbələr