Bu gün keçirilmiş üç oyunla kişilər arasında təşkil olunmuş Azərbaycan Basketbol Liqasında (ABL) 19-cu tura yekun vurulub.
Arena.az xəbər verir ki, B qrupunun sonuncu görüşündə liderlər – “Şəki” və “Gəncə” komandaları qarşılaşıblar. Ev sahibləri inamlı oyun sayəsində vahid lider olublar.
A qrupunun lideri “Sabah” isə NTD ilə üz-üzə gəlib. Gözlənilən kimi, Azərbaycan çempionu asan qələbə qazanıb.
Tura “Sərhədçi” – “Neftçi” qarşılaşması ilə yekun vurulub. Son oyunlarda uğurlu çıxış edən “ağ-qaralar” növbəti dəfə meydanı qalib tərk ediblər.
Bu nəticələrdən sonra “Sabah” və “Neftçi” komandaları pley-offa vəsiqəni təmin ediblər.
Azərbaycan Basketbol Liqası
19-cu tur
19 mart
B qrupu
“Şəki” – “Gəncə” 91:87 (17:22, 21:27, 27:19, 18:15, 8:4)
Şəki Olimpiya İdman Kompleksi.
Xallar: Şəki – 34. Gəncə – 33. Ordu – 31. Sumqayıt – 27. Quba – 24. Lənkəran – 22.
A qrupu
NTD – “Sabah” 79:105 (20:27, 20:26, 18:25, 21:27)
“Sərhədçi” İdman Mərkəzi.
“Sərhədçi” – “Neftçi” 70:84 (16:21, 19:22, 12:20, 23:21)
“Sərhədçi” İdman Mərkəzi.
Xallar: Sabah – 34. Naxçıvan – 31. Neftçi – 29. Abşeron – 27. NTD – 25. Sərhədçi – 25.