AZ

Dzyuba Rusiya millisinin ən məhsuldar oyunçusu oldu

36 yaşlı hücumçu Artem Dzyuba, Rusiya millisində vurduğu qolların sayına görə rekorda imza atıb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli forvard millinin formasında 31-ci qolunu Qrenada millisi ilə keçirdiyi yoldaşlıq görüşündə vurub.

Matçda hesab 16-cı dəqiqədə Rusiya millisinin yarımmüdafiəçisi Danil Prutsevin vurduğu qolla açılıb. 42-ci dəqiqədə Arsen Adamov meydan sahiblərinin fərqini artıraraq dubl edib. 43-cü dəqiqədə Artem Dzyuba özünün rekord qolunu vuraraq millinin tarixində ən çox qol vuran oyunçu olub. 53-cü dəqiqədə Daniil Fomin Rusiya yığmasının dördüncü qolunu vurub. 60-cı dəqiqədə isə Zəlimxan Bakayev yekun hesabı müəyyənləşdirərək 5:0 ilə qalib gəlib.

Martın 25-də hazırkı təlim-məşq toplanışında Valeri Karpinin yetirmələri daha bir yoldaşlıq oyunu keçirəcək və bu görüşdə Zambiya yığması ilə qarşılaşacaq.

Seçilən
29
90deqiqe.az

1Mənbələr