AZ

"Neftçi"nin məşqçisi qələbə qazandıqları oyunu dəyərləndirdi

"Neftçi"nin məşqçisi Daviti Çivçivadze Azərbaycan Basketbol Liqasının XIX turunda "Sərhədçi"yə qalib gəldikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, mütəxəssisin klubun mətbuat xidmətinə açıqlaması belə olub:

"İlk öncə qələbə münasibətilə komandamı təbrik edirəm. Bildiyimiz kimi, pley-offa az qalıb. Hər bir oyun vacibdir. Bu görüşdə müdafiə ribaundlarında problemlər yaşadıq. Rəqib komanda 23 hücum ribaundu etmişdi və təbii ki, bu, çoxdur. Bunun üzərində işləməliyik. Ribaunda nəzarət edən komanda qalib olur. Artıq biz Azərbaycan kubokunun yarımfinalına hazırlaşacağıq".

Qeyd edək ki, "Sərhədçi" - "Neftçi" matçı ikincilərin 84:68 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
62
fanat.az

1Mənbələr