"Napoli"nin yay transfer pəncərəsi ilə bağlı planları bəlli olub.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, yeni qapıçı, iki mərkəz müdafiəçisi, cinah müdafiəçisi, mərkəz yarımmüdafiəçisi, bir və ya iki vinger, eləcə də mərkəz hücumçusu ilə güclənmək niyyətindədir.
Qeyd edək ki, hazırda 61 xalı olan "Napoli" A Seriyasının turnir cədvəlinin 2-ci pilləsində mövqe tutub. Lider "İnter"in isə 64 xalı var.
Nihat