AZ

Bruno Fernandes onu tənqid etmiş Roy Kini cavabladı

“Mançester Yunayted”in kapitanı və hücumameyilli yarımmüdafiəçisi Bruno Fernandes ünvanına səslənmiş tənqidi cavablayıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən məlumat verir ki, söhbət “qırmızı şeytanlar”ın sabiq kapitanı və keçmiş dayaq yarımmüdafiəçisi Roy Kin tərəfindən Bruno Fernandesin ünvanına yönəlmiş tənqiddən gedir.

“Əlbəttə, özüm haqda belə bir xüsusu eşitmək xoşagəlməzdir. Düşünürəm ki, bu, kimsəyə xoş gəlməz. Eyni zamanda müvafiq xüsus ilhamlanmağa və insanların, sanki sənin hələ, üzərində çalışmağa əsasın olduğu xüsusa malik olduğun haqda düşünməyə təhrik edir.

Tənqidi müsbət qarşılamaq gərəkdir. Mən Roy Kinə böyük hörmət bəsləyiriəm. Hesab edirəm ki, o, klub tarixinin ən yaxşı kapitanlarından biri olub. Həmçinin Kin, demək olar ki, hər şeyi qazanmış bir komanda üçün möhtəşəm bir futbolçu olub.

O, mənim haqda bir oyunçu və bir kapitan olaraq fikrə malikdir. Mən buna hörmət bəsləməliyəm. Ən yaxşı kapitan yox, yaxşı adam və komanda yoldaşı olmaq üçün hər şeyi özünəməxsus surətdə etməyə çalışıram. Bunu hər gün edirəm. Həm məşqçlərdə, həm də meydanda etdiyim hər bir xüsusda nümunə olmağa çalışıram.

Amma görünür, bu, heç də hər kəsə xoş gəlməyəcək, heç də hamı eynilə düşünməyəcək. Mən hər kəsin fikrinə hörmətlə yanaşıram və etiraf etməliyəm ki, mənim oyunumu və lider rolumu yaxşılaşdırmaq üçün imkanlar var”, deyə Fernandes vurğulayıb.

Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvarında 65 milyon avro məbləğ müqabilində Lissabon “Sportinq”indən keçib. Fernandesin İngiltərə klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fernandes “qırmzı şeytanlar”ın heyətində 44 oyun keçirib, 16 qol vurub, 15 məhsuldar ötürmə verib.

Fernandesin “Mançester Yunayted” karyerası ümumilikdə 277 oyun, 95 qol və 81 məhsuldar ötürmədən ibarətdir.

Portuqaliyalı futbolçu daha öncə “Novara”, “Udineze”, “Sampdoriya”, “Sportinq” kimi klubların da formasını geyinib.

Bruno Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 76 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 25 qol vurub, 22 məhsuldar ötürmə verib.

Bruno Fernandesin peşəkar karyerasındakı əsas uğurları da məhz “Mançester Yunayted”, “Sportinq” və Portuqaliya yığmaları ilə bağlıdır.

“Transfermarkt” internet-portalı 30 yaşlı portuqal hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
50
arena.az

1Mənbələr