AZ

Birinci Liqa: 20-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 20-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

20-ci turun görüşləri aprelin 3-də və 4-də keçiriləcək.

PFL-in yaydığı məlumatda o da qeyd olunur ki, Heydər Əliyev adına İmişli şəhər stadionunun ot örtüyünün daha yaxşı vəziyyətə gətirilməsi səbəbindən “İmişli” – MOİK oyunu Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.

Birinci Liqa
20-ci tur
3 aprel

“Cəbrayıl” – “Qaradağ Lökbatan”
“Bayıl Arena”, 13:00.

“Difai” – “Karvan”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Mingəçevir” – “Zaqatala”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 16:00.

4 aprel

“Baku Sportinq” – “Qəbələ”
Binə qəsəbə stadionu, 16:00.

“İmişli” – MOİK
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

Seçilən
26
4
arena.az

5Mənbələr