“Yuventus”un əfsanəsi, keçmiş italyan hücumçu Alessandro Del Pyero “Qoca sinoyra”nın çox bərbad vəziyyətdə olduğunu car çəkib.
Arena.az “CalciomercatoWeb” dərgisinə istinadən, Del Pyeronun müvafiq qənaətini təqdim edir:
“Komanda çox pis haldadır, “Yuventus”un ruhunu isə tamamilə əks etdirmir. Udmaq və uduzmaq olar, ancaq bunu həmişə başıuca surətdə etmək gərəkdir. Meydanda olanlardan kimsə sakit surətdə deyə bilməz ki, oyuna bütünlüklə can qoyub.
Meydanda heç bir qarşılıq yoxdur, ehtiyat oyunçular skamyasında da eləcə: ilk üç dəyişiklik – üç müdafiəçidir! İki oyun ərzində buraxılmış yeddi qol – burada şərh ediləcək bir xüsus yoxdur. “Yuventus”un heyətdəki sabitliyi əskikdir. Tyaqo Motta (“Yuventus”un baş məşqçisi – redaktorun qeydi) meydana hər dəfə müxtəlif komanda buraxır”
Dördüncü yer uğrunda mübarizə aparmaq üçün qarşılıq gərəkdir. Klubda deyirlər ki, bu, əsas məqsəddir, amma “Yuventus” üçün bu, ən azı qəbilindən bir tapşırıq olmalıdır”, deyə Del Pyero narazılıqla vurğulayıb.
29 oyundan topladığı 52 xalla “Yuventus” İtaliya A Seriyasının yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb.